Qazaxıstanda Xəzəryanı ölkələrin XİN rəhbərlərinin iclası keçiriləcək

19-11-2015, 15:05
Oxunub: 360
"Düşünürəm ki, nazirlərin görüşünün təşkili gələn ilin ikinci kvartalından tez olmayacaq"


"Qazaxıstan beşinci Xəzər sammitinin təşkilatçısı kimi gələn il Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırır".

Report Qazaxıstan XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov bildirib.

Aşqabadda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun 42-ci sessiyasında çıxış edən Y.İdrisov XİN rəhbərlərinin iclasda Konvensiya layihəsinin mətni üzərindəki işlə bağlı ilkin yekunları müzakirə edəcəyini və sammitə hazırlıq səviyyəsini müəyyənləşdirəcəyini qeyd edib.

"Düşünürəm ki, nazirlərin görüşünün təşkili gələn ilin ikinci kvartalından tez olmayacaq. O vaxta qədər Konvensiyanın məzmunu da tam formalaşar", - Qazaxıstan XİN rəhbəri deyib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti