​AZAL Rusiyaya yeni aviareys açır

19-11-2015, 14:43
Oxunub: 484
Bakı-Perm reysləri sərnişin tutumu 94-106 nəfər olan "Embraer-190" tipli təyyarələrlə həyata keçiriləcək


"Azərbaycan Hava Yolları" (AZAL) QSC yaxın vaxtlarda Bakı-Perm-Bakı marşrutu üzrə birbaşa uçuşlara başlayacaq. Sözügedən istiqamətdə aviareyslərə gələn il mayın 20-də start veriləcək və uçuşlar oktyabrın 29-dək davam edəcək.

Report-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Bakı-Perm reysləri sərnişin tutumu 94-106 nəfər olan "Embraer-190" tipli təyyarələrlə həyata keçiriləcək.

Bu marşrut üzrə aviabilet satışına başlanılmadığı üçün, qiyməti hələ məlum deyil.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti