Bakıda İŞİD-lə bağlı kitab və filmin təqdimatı olacaq

18-11-2015, 14:39
Oxunub: 224
Kitabın və filmin müəllifi Səbuhi Məmmədli məlumat verib


Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Lent.az İnformasiya Agentliyinin birgə layihəsi çərçivəsində “İŞİD” həqiqətləri: reallıq və miflər” kitabının, habelə “Qara bayraqlı qaranlıq” sənədli filminin təqdimatı keçiriləcək.

Bu barədə APA-ya layihənin koordinatoru, kitabın və filmin müəllifi Səbuhi Məmmədli məlumat verib.

Məlumata görə, kitab və film Dövlət Komitəsinin dəstəyi ilə Suriya sərhədindən hazırlanmış və Lent.az-da yayımlanan “3 gün xilafətlə üz-üzə” silsilə yazıların əsasında hazırlanıb. Həmin yazıların qəhrəmanları Suriyanın müxtəlif şəhərlərindən İŞİD zülmündən qaçaraq Türkiyə sərhədinə yığışmış insanlardır. Onlar bəşəriyyətin qara yarasına çevrilmiş bu terror təşkilatının törətdiyi vəhşətlərdən danışır, insanları onların cənnət vədinə inanmamağa çağırırlar.

Xatırladaq ki, “İŞİD həqiqətləri: reallıqlar, miflər” kitabı və “Qara bayraqlı qaranlıq” sənədli filmi Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti