​Suriyada 72 saatda 33 terrorçu zərərsizləşdirilib

18-11-2015, 14:16
Oxunub: 542
Noyabrın 15-17-də Suriyanın Rakka şəhəri Fransa və Rusiya qırıcıları tərəfindən bombalanıb


Son 72 saatda Fransa və Rusiya tərəfindən terrorçu İŞİD-ə qarşı keçirilən hava əməliyyatları nəticəsində 33 terrorçu zərərsizləşdirilib.

Bunu Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatının direktoru Rami Abdülrəham bildirib.

Məlumata görə, noyabrın 15-17-də Suriyanın Rakka şəhəri Fransa və Rusiya qırıcıları tərəfindən bombalanıb.

Terrorçu İŞİD qruplaşmasının baş qərargahının Rakka şəhərində yerləşdiyi bildirilir.

Qeyd edək ki, noyabrın 13-də Parisin 6 nöqtəsində törədilən terror aktları nəticəsində 129 nəfər ölüb, 352 nəfər isə yaralanıb. Yaralılardan 80 nəfərinin vəziyyəti ağırdır.

Terrorun məsuliyyətini İŞİD terrorçu qruplaşması üzərinə götürüb.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti