Vahid Əhmədov: Əhalini kreditlərlə boğurlar...

18-11-2015, 14:06
Oxunub: 707
Apardığımız təhlil göstərir ki, kreditlərin 70%-ni insanların qoyduqları əmanətlər təşkil edir


Azərbaycanın bank sektorunda korrupsiyanın olması gizli fakt deyil.

Bunu Report-a açıqlamasında millət vəkili, Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü Vahid Əhmədov bildirib: "Bunu hamı bilir. Hazırda ölkə əhalisinin problemli kreditlərinin həcmi 1,4 mlrd. manat təşkil edir. Bu, bizi çox narahat edən məsələdir".

Onun sözlərinə görə, Azərbycanda kredit faizlərinin yüksək olması da narahatedici nüansdır: "Yaranan borcların əsas mənbələrindən biri də budur. Məlumdur ki, kreditin 3 mənbəyi var: biri qoyulan əmanətlər, ikincisi Mərkəzi Bankın verdiyi mərkəzləşdirilmiş kreditlər, üçüncüsü də bankın xarici maliyyə təşkilatları ilə əlaqəsi varsa, oradan müəyyən vəsaitlərin alınması hesabına formalaşmasıdır.

Apardığımız təhlil göstərir ki, kreditlərin 70%-ni insanların qoyduqları əmanətlər təşkil edir. Necə olur ki, bank 9-10%-lə əmanət qəbul edir, amma 30-35%-lə kredit verir?! Açıq deyirəm, Azərbaycanda kredit faizinin yüksək olması, məhz həmin 1,4 mlrd. manat kredit borcunun yaranmasına səbəb olub və bu, bizi narahat edir".

Parlamentdə iclas keçirib, bank rəhbərləri ilə birgə müzakirələrin aparılmasını təklif edildiyini vurğulayan V.Əhmədov deyib ki, xüsusilə bu ilin fevralında baş verən devalvasiyadan sonra banklarda ciddi problemlər yaranıb: "Açıq şəkildə bildirim ki, həmin vaxt bir gecədə 20-30 mln. manat ziyan edən banklar var. Bir sözlə, ölkədə kredit problemi var və bunu hamı bilir. Bunun üzərində hazırda iş gedir və çalışacağıq ki, kredit faizləri aşağı düşsün, kredit hamı üçün əlçatan olsun".
Şərhlər : 2 Şərh yaz
Aygün 17 noyabr 2016 11:05  

Vahid Əhmədov Cənabları! Siz 2200 aldığınız maaşdan gileylənirsiniz. Elə bil marsda yaşayırsınız. Bizim maaş 150 manatdır ailə saxlayıram. Az. DY QSC-də mühəndis işləyirəm. bəs onda biz nə edək?  Nə vaxt siz xalqın vəziyyətini fikirləşəcəksiniz?Siz əgər Dəmir yollarında Məlumat hesablama Mərkəzindəki maaşlara nəzər yetirsəniz bizi başa düşərsiniz. Əgər siz bizim maaşların artırılması haqqında Prezidentdən xahiş etsəydiniz heç olmasa 300 manat onda deyərdim siz kişi adamsınız.

Bikəxanım 29 yanvar 2017 23:50  

Cənab deputatlar,63  yaşlı,46 ilin ali təhsilli muəllimiyəm.Düşmüşəm tanimadığım əlimə almadığım,dolların bəlasına.7000AZN kreditin 6000AZN ni ödəmişəm,10000 Dollarda almadığım borc qalır,kreditidə müalicəyə güturmüşəm. Bu yaşımda bu qədə pulu haradan gətirim?Bizi Allah fikirləşsin.Axı sizləri xalq seçib.Prezidentimizdən xahiş edin ki,fərmanı tez imzalasın.Sizin Milli Məclisinizə müraciət etmiçəm,cavab yoxdu.

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti