Paris polisi əməliyyat zamanı 5 nəfəri həbs edib

18-11-2015, 13:12
Oxunub: 590
Noyabrın 13-də Paris və şəhər ətrafında ardıcıl terror aktları törədilib


Paris Prokurorluğu şəhər ətrafında yerləşən Sen Denidə polisin apardığı xüsusi əməliyyat nəticəsində beş nəfərin həbs edildiyini bəyan edib.

Paytaxt prokurorluğu, həm də terrorçu-kamikadzenin zərərsizləşdirilməsi ilə bağlı KİV-də yayılmış informasiyanı təsdiq edib.

Xatırladaq ki, noyabrın 13-də Paris və şəhər ətrafında ardıcıl terror aktları törədilib. Son məlumatlara görə 129 nəfər ölüb, 352 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Terror hücumlarına görə, məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti