Bəşər Əsəd ailəsini İrana göndərmək istəməyib

17-11-2015, 19:44
Oxunub: 313
Əsəd təklif qarşılığında ömrünün sonunadək həyat yoldaşı ilə birlikdə Suriyada qalacağını bildirib


"İki il öncə Bəşər Əsədlə görüşdə ailəsini İrana göndərməsini təklif etmişdim, ancaq o, bunu qəbul etmədi".

Bunu İran xarici işlər nazirinin müavini Hüseynəmir Abdullaian Tehranda Şərif Universitetində keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, Bəşər Əsəd təklif qarşılığında ömrünün sonunadək həyat yoldaşı ilə birlikdə Suriyada qalacağını bildirib: "Suriyada 5 ildir iç savaş gedir. Bu müddət ərzində Əsədin qalması üçün ən böyük dəstəyi İran verib. Ötən 5 ildə ən ağır itkilər verdik. Ən yaxşı kadrlarımızı orada itirdik. Əgər Suriya ordusuna dəstəyimiz olmasayadı, Əsəd iki-üç ilə yıxılardı".(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti