Əfqanıstandakı atışmada 20 terrorçu öldürülüb

17-11-2015, 19:41
Oxunub: 168
Terrorçular əyalətin Şiremha rayonunda polis şöbəsinin binasına basqın ediblər


Əfqanıstanda polislə terrorçu "Taliban" silahlıları arasında baş verən atışma nəticəsində 20 terrorçu zərərsizləşdirilib, 2 asayiş keşikçisi həlak olub.

Bu haqda Səripol əyalətinin təhlükəsizlik idarəsinin müdiri Abdulkayyum Bakizoy bildirib.

Onun sözlərinə görə, terrorçular əyalətin Şiremha rayonunda polis şöbəsinin binasına basqın ediblər. Nəticədə atışma baş verib.

Məlumatda bildirilib ki, 40-a yaxın silahlı və iki polis yaralanıb.

A.Bakizoy terrorçuların bölgədəki önəmli başçılarından birinin də ölənlər arasında olduğunu deyib: "Atışma nəticəsində "Taliban"ın nəzarəti altında olan Sərtaxta rayonu da terrorçulardan təmizlənib".

"Taliban" isə 15 polisin öldüyü və yaralandığı, çoxlu sayda silah-sursat ələ keçirdikləri haqda açıqlama yayıb.(Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti