​İran irimiqyaslı hərbi təlimlərə başlayıb

17-11-2015, 19:19
Oxunub: 524
Təlimlərdə artilleriya batareyaları, quru qoşunlarının hərbi hissələri də iştirak edir


İran Silahlı Qüvvələri bu gün ölkənin şimal-şərqində "Məhəmməd Rəsulullah (s)- 3" adlı irimiqyaslı hərbi təlimlərə başlayıb.

Ölkə Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı briqada generalı Əhmədrza Purdastan jurnalistlərə açıqlamasında bildirib ki, təlimlərin ilk günü hava əməliyyatlarından sonra qurudan havaya, qurudan-quruya top atəşləri də açılacaq.

Məlumata görə, təlimlərdə artilleriya batareyaları, quru qoşunlarının hərbi hissələri də iştirak edir.

Qeyd edək ki, hərbi manevr keçirilən ərazi Türkmənistan və Əfqanıstan sərhədinə yaxındır.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti