ABŞ suriyalı qaçqınlardan imtina etdi

17-11-2015, 11:26
Oxunub: 322
Buna səbəb kimi isə “ictimai təhlükəsizlik” göstərilir


ABŞ-ın 11 ştatı suriyalı qaçqınları qəbul etməkdən imtina edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Texas, Miçiqan, Florida, İllinoys, Şimali Karolina, Luiziana, İndiana, Arkanzas, Arizona, Alabama və Massaçusets ştatları bəyan edib.

Buna səbəb kimi isə “ictimai təhlükəsizlik” göstərilir.

Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Mark Toner Suriyadan olan qaçqınlarla bağlı planların dəyişmədiyini bildirib: “2016-cı ildə azı 10 min suriyalı qaçqını qəbul etməyə planlaşdırmışıq. Düşünürəm ki, biz təhlükəsizliyi qorumaq şərti ilə bunu həyata keçirəcəyik”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti