Türkiyə Quru Qoşunları komandanı Azərbaycandadır

17-11-2015, 10:52
Oxunub: 536
Quru Qoşunları komandanı Türk Şəhidliyini və Şəhidlər Xiyabanını ziyarət edib


Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Salih Zəki Çolakın Azərbaycana səfəri başlayıb.

S.F.Çolak əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli alim, akademik Zərifə Əliyevanın xatirəsini yad edib.

Quru Qoşunları komandanı Türk Şəhidliyini və Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub.

Qeyd edək ki, səfər zamanı S.F.Çolak Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi, eləcə də digər rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək. Bundan əlavə, o, bir neçə hərbi hissəyə də baş çəkəcək.

Səfər noyabrın 20-də başa çatacaq.(Reprot)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti