Türkiyədə 13 PKK terrorçusu öldürülüb

17-11-2015, 00:04
Oxunub: 575
Eyni zamanda Hakkaridə terrorçular tərəfindən magistral yola yerləşdirilmiş mina zərərsizləşdirilib


Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı son 24 saat ərzində ölkədə terrorçulara qarşı həyata keçirilən əməliyyatlarla bağlı rəsmi açıqlama yayıb.

Açıqlamada bildirilib ki, həyata keçirilən hava hücumları nəticəsində 13 PKK terrorçusu öldürülüb.

Açıqlamada deyilib ki, Vanda həyata keçirilən əməliyyat vaxtı PKK terror təşkilatına məxsus bir ədəd RPG-7 qumbaraatan, bir ədəd ov tüfəngi, bir ədəd “Kalaşnikov” avtomatı ələ keçirilib.

Eyni zamanda Hakkaridə terrorçular tərəfindən magistral yola yerləşdirilmiş mina zərərsizləşdirilib.

Siirtdə isə terrorçulara kömək etməkdə şübhəli bilinən 3 nəfər şəxs saxlanılıb.

Ağrıda təşkil olunan əməliyyatda bir nəfər PKK terrorçusu tutulub.

Qeyd edək ki, əməliyyatlar Hakkari, Şırnak, Van, Siirt və Ağrı vilayətlərində həyata keçirilib.(APA)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti