Gəncədə əmək yarmarkası keçiriləcək

16-11-2015, 11:52
Oxunub: 745
Yarmarkada 60-a yaxın müəssisə üzrə 380-dək boş iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Məşğulluq Xidməti Gəncə şəhərində əmək yarmarkasıkeçirəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Report-a verilən məlumata görə, əmək yarmarkası noyabrın 18-də baş tutacaq.

İlkin məlumata görə, yarmarkada 60-a yaxın müəssisə üzrə 380-dək boş iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək. Tədbirdə həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin işlə təmin olunması üçün ayrı-ayrı müəssisələr üzrə kvota üzrə müəyyən edilmiş iş yerləri də təqdim olunacaq. Boş iş yeri təqdim olunan müəssisələrin nümayəndələrinin də iştirak edəcəyi aktiv məşğulluq tədbirində əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyən şəxslər qeydiyyata götürüləcək.

Qeyd edək ki, bu ilin ötən dövründə şəhər və rayonlarda ümumilikdə 55 əmək yarmarkası keçirilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti