İsrailə məxsus sərnişin təyyarəsi məcburi eniş edib

16-11-2015, 10:59
Oxunub: 390
"Boeing-777" tipli təyyarə Təl-Əvivdən Los-Anceles şəhərinə (Kaliforniya ştatı) uçurmuş


İsrailə məxsus "EI AI" şirkətinin təyyarəsi texniki nasazlıq səbəbi ilə ABŞ-ın Billinqs şəhərinin (Montana ştatı) beynəlxalq hava limanında məcburi eniş edib.

Təyyarənin sağ mühərrikində yanğın olduğuna dair sensor göstəricisinə əsaslanan pilot eniş qərarı alıb. "Boeing-777" tipli təyyarə Təl-Əvivdən Los-Anceles şəhərinə (Kaliforniya ştatı) uçurmuş.

Təyyarənin içərisində 279 sərnişin və 20 nəfər ekipaj üzvü olub. Xəsarət alan olmayıb.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti