İlham Əliyev: “Bu ağır anlarda biz Fransa xalqı ilə birlikdəyik”

14-11-2015, 10:44
Oxunub: 678
" Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”


“Bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni dəstəkləyirik”

Azərbaycan prezidenti İlham Əliyev Fransada baş vermiş dəhşətli terror aktları ilə əlaqədar bu ölkənin prezidenti Fransua Ollanda dəstək və başsağlığının əks olunduğu məktub göndərib. Məktubda deyilir:

“Hörmətli cənab prezident. Paris şəhərində törədilmiş amansız terror aktları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni hər cür dəstəkləyirik. Bu ağır anlarda biz Fransa xalqı ilə, Sizinləyik. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti