Ukrayna rus işığından imtina etdi

13-11-2015, 16:59
Oxunub: 408
Ukraynanın “Ukrenerqo” Dövlət Şirkəti ölkənin elektrik enerjisinə olan tələbatını öz gücü hesabına ödəyəcəyini bəyan edib


Ukrayna Rusiyadan elektrik enerjisi almaqdan tamam imtina edib.

Ukraynanın “Ukrenerqo” Dövlət Şirkəti ölkənin elektrik enerjisinə olan tələbatını öz gücü hesabına ödəyəcəyini bəyan edib.

Ukrayna hakimiyyəti bu qərarı 750 kilovat gücündə Rovno-Kiyev elektrik ötürücüsü xəttinin tikintisini başa çatdırandan sonra qəbul edib. Yeni xətdəki enerji bloklarından biri Roven Atom Elektrik Stansiyasını Kiyevlə birləşdirəcək. Roven Atom Elektrik Stansiyası Kiyev, Çerkask, Jitomir və Çerniqov vilayətlərini elektrik enerjisi ilə təmin etməyə imkan verəcək.(navator.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti