Rusiya səfirliyinin birinci katibi Bakıda qəzaya düşdü

13-11-2015, 13:08
Oxunub: 499
Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib, ağır xəsarət alan olmayıb


Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Vladimir Biryukov Bakıda avtomobil qəzasına düşüb.

Report-un xəbərinə görə, hadisə Nəsimi rayonu, Azadlıq Prospektində baş verib.

Rusiya Federasiyasının Azərbaycandakı səfirinin birinci katibi 1961-ci il təvəllüdlü Vladimir Biryukovun idarə etdiyi, səfirliyə məxsus "Hyundai Santa Fe" markalı D 00406 nömrəli avtomobillə Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Aqil Əliyevin idarə etdiyi "Toyota Fortuner" markalı 10 SS 620 nömrəli avtomobil toqquşub.

Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib, ağır xəsarət alan olmayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti