Mübariz Qurbanlı: "Din məişət zorakılığına qarşı çıxır"

13-11-2015, 12:13
Oxunub: 116
"Səmavi və lokal dinlər hamısı buna pis yanaşır"


“Məişət zorakılığını yaradan səbəblər arasında sosial, iqtisadi, millətin, xalqın keçdiyi tarixi yol olsa da, bunların heç biri əsas deyil. Çünki bütün bu kimi səbəblərə kompleks yanaşmaq lazımdır”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Məişət zorakılığının qarşısının alınması” üzrə Beynəlxalq Konfransda çıxışı zamanı deyib.

Komitə sədrinin sözlərinə sözlərinə görə, xalqların adət-ənənəsi məişət zorakılığını yaradan səbəblərdə əsas rol oynayır: “Səmavi və lokal dinlər hamısı buna pis yanaşır. Onlar məişət zorakılığını qəbul etmirlər. Din də məişət zorakılığına qarşı çıxır. Hətta islam dinində bu var. Qurani-kərimdə bu qeyd olunub”.

M. Qurbanlı onu da qeyd edib ki, Azərbaycanda məişət zorakılığının kökü demək olar ki, yoxdur: “Qadın cəmiyyətdə və ailədə yüksək səviyyədə tutulub. Təsadüfi deyil ki, bizdə qadınlara “xanım” deyilir. Azərbaycanda dövlət idarəçiliyi səviyyəsində qadın və kişi bərabərliyi bir tutulur. Eyni zamanda, ölkədə məişət zorakılığının elementləri çox az qalır. Statistikaya baxılsa, ölkəmiz elə yerdədir ki, nə aşağıda, nə də yuxarı sıralarda qərarlaşıb. Çünki bizim ailədə qadınların yeri tamam başqadır. Müasir dövlətlərdə qadınlara nisbətən kişiləri qorumağa başlayıblar. Əminəm ki, gender tolerantlığı dünyada tam bərqərar olacaq”.(Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti