Azərbaycanda Konstitusiya günüdür

12-11-2015, 11:12
Oxunub: 1366
Konstitusiya Azərbaycan dövlət quruculuğunun əsasını təşkil edir və 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir


12 noyabr Azərbaycan Respublikasının Konstitusiya günüdür.

Etatist.com xatırladır ki, Azərbaycan Respublikasının Konstitusiyası 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilib. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi.

Azərbaycanın dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da müəyyən özünəməxsusluğa malik idi.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyev sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul olundu.

Konstitusiya Azərbaycan dövlət quruculuğunun əsasını təşkil edir və 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin imzaladığı sərəncamla noyabrın 12-i Konstitusiya günü elan edildi.

Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilib.

Qeyd edək ki, noyabrın 12-i Konstitusiya Günü kimi qeyd olunsa da, iş günüdür.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti