Prezidentin oğulluğu həbs olundu

12-11-2015, 11:08
Oxunub: 443
Siliya Flores 2013-cü ilin iyulunda Nikolas Maduro ilə ailə həyatı qurub


Venesuela prezidenti Nikolas Maduronun 2 qohumu Amerika tərəfinin müraciətindən sonra Haitidə həbs olunub.

Həbs olunan Efraina Antonio Kampo Flores və Fransisko Flores-de-Freytasa Maduronun xanımının qardaşı uşaqlarıdır. Onlar ABŞ-a 800 kiloqram kokain keçirməyi planlaşdırıblar.

“New York Times” qəzetinin məlumatına görə, həbs olunanlar artıq Haitidən ABŞ-a ekstradisiya olunublar və bu gün Nyu-York federal dairə məhkəməsində hakim qarşısına çıxarılacaqlar.

Bu ilin oktyabrında Hondurasda Amerikaya işləyən narkotik polisi ilə əlaqə quran Kampo Flores Roatan hava limanı vasitəsilə ABŞ-a 800 kiloqram narkotik maddə ötürməyi planlaşdırıb.

Doğma bibisi və Nikolas Maduronun həyat yoldaşı Siliya Flores tərəfindən böyüdülən 29 yaşlı Kampo Flores Venesuela prezidentinin oğulluğu sayılır.

Siliya Flores 2013-cü ilin iyulunda Nikolas Maduro ilə ailə həyatı qurub. (Modern.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti