16 yaşlı oğlan qəza törətdi özüdə öldü

4-03-2013, 09:21
Oxunub: 2307


Bakı-Şamaxı yolunda bir nəfərin ölümü, iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın məlumatına görə, hadisə martın 3-də axşam saat 22:30 radələrində yolun 126-cı kilometrliyində, Şamaxı şəhəri ərazisində qeydə alınıb.

Şamaxı sakini, 1997-ci il təvəllüdlü Vahidov Əli Elçin oğlu 99-PP-575 dövlət nömrə nişanlı "Nissan Micra” markalı minik maşını ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarındakı ağaca çırpıb.

Hadisə nəticəsində Əli Vahidov dünyasını dəyişib, sərnişinlər-1998-ci il təvəllüdlü Məmmədov Hakim Nadir oğlu və 2002-ci il təvəllüdlü Mahmudov Şahmurad Mahmud oğlu ağır bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, Əli Vahidovun orta məktəbin 11-ci sinifində oxuduğu və sürücülük vəsiqəsi olmadan atasına məxsus avtomobili idarə etdiyi bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti