​Türkiyədə qızıl yatağı aşkarlanıb

11-11-2015, 14:56
Oxunub: 1760
Nazir Türkiyənin hazırda 700 tona yaxın qızıl ehtiyatının olduğunu bildirib


Türkiyənin Soma rayonunun Kiraz kəndinə 100 tondan artıq qızıl ehtiyatı aşkar edilib.

Bunu ölkənin enerji və təbii ehtiyatlar naziri Əli Rıza Alaboyun açıqlayıb.

Onun sözlərinə görə, qızılla yanaşı, həmin yataqda mis, qurğuşun və sink də var.

Nazir Türkiyənin hazırda 700 tona yaxın qızıl ehtiyatının olduğunu bildirib. O deyib ki, aşkarlanan qızıl ölkə iqtisadıyyatına 2,5 milyard dollar məbləğində xeyir gətirəcək.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti