Azərbaycan sərhədlərini pozan 35 nəfər saxlanılıb

11-11-2015, 11:32
Oxunub: 554
Xəzər dənizində 14 halda 26 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.


Oktyabr ayı ərzində dövlət sərhədini pozduqları üçün 35 nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən Trend-ə daxil olan məlumata görə, onların 27 nəfəri Azərbaycan, 3-ü Nige­riya, 2-i İran, hər ölkədən 1 nəfər olmaqla Türkiyə, Kamerun və Kot-Divuar vətəndaşları olublar.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 2 halda 2 nəfər, Xəzər dənizində 14 halda 26 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 328 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 halda 6 kiloqram 476,4 qram narkotik maddənin dövlət sərhəddindən keçirilməsinin qarşısı alınıb.

Oktyabrın 18-də Astara rayonunun Kələdəhnə kəndi ərazisindəki sahil nəzarət məntəqəsinin xidməti sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sahildən 8,3 mil məsafədə balıq ovunda istifadə olunan buyun lövbər ipinə bərkidilmiş 2 bağlamada 2 kiloqram tiryək və 1 kiloqram 375 qram heroin aşkar olunaraq götürülüb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 44 halda ümumi dəyəri təqribən 245 min manat olan qaçaqmal, o cümlədən 1662 Azərbaycan manatı, 1380 ABŞ dolları, 900 ədəd pirotexniki maddə, 1 ədəd tüfəng, 1 ədəd pnevmatik tapança, 1 ədəd motosiklet, 7 ədəd qayıq, 2146 qutu siqaret, 269 ədəd mobil telefon, 30 baş iri buynuzlu mal, müxtəlif ərzaq və sənaye malları saxlanılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti