Obama tərəfdarlarını siyasətlə məşğul olmağa çağırıb

11-11-2015, 01:47
Oxunub: 521
Obama adi vətəndaş kimi “demokratiyadakı ən mühüm vəzifəni” icra edəcəyini deyib


ABŞ prezidenti Barak Obama 2017-ci ildə Ağ Evi tərk edəndən sonra da siyasət və ictimai məsələlərlə məşğul olacağına söz verib.

Vaşinqtonda "Organizing for Action" adlı qrupunun üzvləri qarşısında çıxış edən Barak Obama adi vətəndaş kimi “demokratiyadakı ən mühüm vəzifəni” icra edəcəyini deyib.

Prezidentliyi dövründə bir sıra nailiyyətlərindən söz açan Obama, deyib ki, bərpa olunan iqtisadiyyat, səhiyyə islahatı, eləcə də Keyston XL neft boru kəmərinin ləğvi kimi mövzuları sadalayıb.

"Organizing for Action" yerli ictimai dəstək qrupudur. Qrup Barak Obamanın 2008 və 2012-ci ildə uğurlu prezident seçki kampaniyası dövründə inkişaf edib.(Amerikanın Səsi)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti