Daha iki əsgərin ölməsi ilə bağlı xəbərlər yayıldı

4-03-2013, 08:34
Oxunub: 2182


Sosial şəbəkələrdə Azərbaycanda daha bir əsgər ölümü ilə bağlı daha bir xəbər yayılıb. Musavat.com-un məlumatına görə, Tərtər rayonu ərazisində yerləşən N saylı hərbi hissədə bir əsgərin intihar etdiyi bildirilir. İddiaya görə, adı hələlik məlum olmayan əsgər odlu silahdan ağzına atəş açıb. Hərbi hissənin son vaxtlar adı əsgər ölümlərində tez-tez hallanan Şəmkir hərbi korpusuna aid olduğu deyilir.

Yayılan digər məlumatda isə deyilir ki, Prezident Qvardiyasının Zığda yerləşən hərbi hissəsində əsgər ölüb. Onun ölüm şəraiti və ad-soyadı məlum olmasa da, ölümündən iki saat əvvəl ailəsi ilə telefonla danışdığı bildirilir.

Məlumatlar gecə saatlarında yayıldığından, onu rəsmi mənbələrdən dəqiqləşdirmək mümkün olmadı. Dəqiqləşdirmələrimiz davam edəcək.

P.S. Bəzi KİV-lərdə yanlış olaraq əsgərlərdən birinin adının Fərid Məmmədzadə olduğu bildirilir. Musavat.com-un məlumatına görə Fərid Məmmədzadə adlı Facebook istifadəçisi bu xəbəri ilk yayan mənbələrdəndir. Görünür, diqqətsizlik ucbatndan bəzi KİV-lər statusla xəbəri qarışıq salblar.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti