Bakıda NATO ekspertləri ilə işçi görüşü başlayıb

10-11-2015, 18:15
Oxunub: 562
Təhsil və təlim sahəsi üzrə Azərbaycan-NATO birgə fəaliyyət planının icmalı müzakirə ediləcək.


NATO-nun təhsil üzrə ekspertləri ilə işçi görüşü başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 10-da Silahlı Qüvvələrin Hərbi Akademiyasında Silahlı Qüvvələrin hərbi təhsil sisteminin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə hərbi təhsil və təlim sahəsində fəaliyyət planına uyğun olaraq, NATO-nun təhsil üzrə ekspertləri ilə Azərbaycan Silahlı Qüvvələrinin mütəxəssisləri arasında işçi görüşü başlayıb.

İki gün davam edəcək tədbirdə hərbi təhsil və təlim sahəsi üzrə Azərbaycan-NATO birgə fəaliyyət planının icmalı, gələcək məqsəd və tədbirlər müzakirə ediləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti