Bakıda polis maşını qəzaya düşdü

10-11-2015, 15:04
Oxunub: 1640
Qəza nəticəsində hər iki avtomobil əzilib, xəsarət alan olmayıb


Bakıda polis baş serjantının idarə etdiyi avtomobil qəzaya düşüb.

Hadisə Nəsimi rayonunda baş verib. Belə ki, M.Qasımov küçəsində Nəsimi Rayon Polis İdarəsinin Post Partul Xidməti Bölüyünün əməkdaşı, 1982-ci il təvəllüdlü Rəşad Əsgərlinin idarə etdiyi “Fiat Doblo” markalı avtomobillə Bakı sakini, 1983-cü il təvəllüdlü Nicar Soltanovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub. Qəza nəticəsində hər iki avtomobil əzilib, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti