İran prezidenti Roma Papası ilə görüşəcək

10-11-2015, 13:43
Oxunub: 646
İtalyan sahibkarlarla görüşüb ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər.


İran prezidenti Həsən Ruhani Avropaya səfəri çərçivəsində Roma Papası Fransisklə görüşəcək.

Haqqin.az İRNA-ya istinadən xəbər verir ki, səfər noyabr ayının 14-də baş tutacaq. Bundan başqa İran prezidentini müşayiət edən nümayəndə heyətinin üzvləri italyan sahibkarlarla görüşüb ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər.

Eyni zamanda Həsən Ruhaninin noyabrın 16-da UNESCO-nun 70 illik yubileyinə həsr olunmuş “Liderlər Forumu”nda çıxışı da gözlənilir.

Onu da xatırladaq ki, bu, Həsən Ruhaninin 2013-cü ildə prezident seçiləndən sonra Avropaya ilk səfəridir. Səfərin təşəbbüsçüsü İtaliya tərəfidir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti