“Kəskin zərurət yoxdursa, Azərbaycana getməyin”

10-11-2015, 12:13
Oxunub: 609
Britaniya vətəndaşları üçün təhlükəli hesab olunan ölkələrin çoxu hazırda döyüş əməliyyatları gedən ölkələrdir.


Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bu ölkə vətəndaşları üçün potensial təhlükənin mövcud olduğu ölkələrin siyahısını açıqlayıb.

Virtualaz.org saytı “The Independent” qəzetinə istinadən xəbər verir ki, belə ölkələrin sayı 45-dir və onların arasında Azərbaycan da var.

Britaniya vətəndaşları üçün təhlükəli hesab olunan ölkələrin çoxu hazırda döyüş əməliyyatları gedən ölkələrdir.

Bundan əlavə, təhlükəli ölkələrin siyahısına Əfqanıstan, Burundi, Mərkəzi Afrika Respublikası, Çad, İraq, Qvineya, Tunis, Yəmən və digərləri daxil edilib. Ən təhlükəli ölkə isə Suriya hesab olunur.

Həmçinin Britaniya XİN-in ekspertləri tövsiyə edirlər ki, bu ölkə vətəndaşları kəskin zərurət olmasa, Çeçenistanla sərhəd ölkələrə - Gürcüstan və Azərbaycana, habelə Ukraynanın şərq regionlarına getməsinlər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti