İlham Əliyev Kamboca xalqını təbrik edib

7-11-2015, 23:30
Oxunub: 564
Prezident Kamboca kralı Əlahəzrət Norodom Sihamoniyə öz və Azərbaycan xalqı adından səmimi təbriklərini çatdırıb


Azərbaycan prezidenti İlham Əliyev Kambocanın Müstəqillik günü münasibətilə həmkarına təbrik məktubu ünvanlayıb.

Prezident Kamboca kralı Əlahəzrət Norodom Sihamoniyə öz və Azərbaycan xalqı adından səmimi təbriklərini çatdırıb.

“Əlahəzrət, ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə sizə və sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Kamboca münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək.

Bu bayram günündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kamboca xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti