Bakıda Britaniyanın beşinci təhsil sərgisi keçirilir

7-11-2015, 15:14
Oxunub: 750
Sərgidə Böyük Britaniyanın 22 universiteti, həmçinin 10-a yaxın kollec, məktəb və ingilis dili kursları iştirak edir


Bakıda Böyük Britaniyanın beşinci təhsil sərgisi keçirilir.

Report xəbər verir ki, sərginin məqsədi Britaniyanın kollec və ali məktəblərində təhsil almaq imkanları barədə məlumat verməkdir.

Sərgidə Böyük Britaniyanın 22 universiteti, həmçinin 10-a yaxın kollec, məktəb və ingilis dili kursları iştirak edir.

Sərgi çərçivəsində tələbələr, şagirdlər və onların valideynləri noyabrın 7-8-də universitet nümayəndələri ilə görüşmək, Böyük Britaniyada təhsil imkanları haqqında onları maraqlandıran sualları vermək imkanına malik olacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti