"Startap" layihələrin maliyyələşdirilməsi bərpa ediləcək

6-11-2015, 17:37
Oxunub: 616
E.Zeynalov qeyd edib ki, I müsabiqə çərçivəsində 50 "startap" layihə maliyyələşdirilib


İlin sonuna müsabiqə əsasında seçilmiş "startap" layihələrin qrant maliyyələşdirilməsi üçün növbəti tranş ayrılacaq.

Trend-in məlumatına görə, bunu İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov "Yüksək Texnologiyalar Parkı" MMC-də "Startup" tədbirində deyib.

Onun sözlərinə görə, maliyyələşdirmədə yubanma "Qrant haqqında" qanuna edilmiş dəyişikliklərlə bağlıdır.

E.Zeynalov qeyd edib ki, I müsabiqə çərçivəsində 50 "startap" layihə maliyyələşdirilib: "İlin sonunadək (növbəti müsabiqə seçimi çərçivəsində) onların sayı 100-ə çatdırılacaq".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti