Dayısını amansızqlıqla qətlə yetirib

2-03-2013, 12:20
Oxunub: 1406


Neftçala rayonunda dəhşətli qətl hadisəsi törədilib.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata  görə,  Neftçala sakini, 1990-cı il təvəllüdlü Hüseynov Səbuhi İsgəndər oğlu öz dayısı, 1974-cü il təvəllüdlü Əliyev Balaməmməd Ağaməmməd oğlunu amansızlıqla qətlə yetirib. Hadisə dünən saat 19 radələrində S. Hüseynovun xalası Mehribanın evində baş verib. 23 yaşlı bacı oğlu 39 yaşlı dayısı ilə şəxsi münaqişə zəminində mübahisə edib. Mübahisə daha sonra davaya çevrilib və qətllə nəticələnib. O, dayısına çox saylı bıçaq xəsarətləri yetirərək öldürüb.

Faktla əlaqədar cinayət işi başlanılıb, dayını öldürən gənc yaxalanıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti