Ukraynanın axtarışda olan sabiq ədliyyə naziri yaxalanıb

5-11-2015, 17:53
Oxunub: 216
Yelena Lukaş 2015-ci il sentyabrın 10-da rəsmən axtarışa verilib


Ukraynada Viktor Yanukoviçin prezidentliyi dövründə ədliyyə naziri vəzifəsində çalışmış və axtarışda olan Yelena Lukaş yaxalanıb.

APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) sözçüsü Yelena Qitlyanskaya öz “Facebook” səhifəsində yazıb. O, hadisə ilə bağlı xüsusi brifinq keçiriləcəyini bildirib.

Qeyd edək ki, Maydana qarşı cinayətlərdə və xidməti vəziyyətindən istifadə edərək dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunan Yelena Lukaş 2015-ci il sentyabrın 10-da rəsmən axtarışa verilib. Daha əvvəl isə məhkəmə açılmış cinayət işi çərçivəsində sabiq nazirə məxsus 3 evə həbs qoyub.    
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti