İtkin düşən balıqçıları FHN-in helikopterləri axtaracaq

4-11-2015, 18:45
Oxunub: 464
Axtarış ərazisi FHN Dövlət Sularda Xilasetmə Xidmətinin ərazi hüdudlarından kənardadır


Bu gün səhər saatlarında Xaçmaz rayonu ərazisindən 3 nəfər balıqçı dənizə çıxıb. Hazırda onlarla əlaqə kəsilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, axtarış ərazisi FHN Dövlət Sularda Xilasetmə Xidmətinin ərazi hüdudlarından kənardadır (dənizdə çıxış məsafəsi 2 milə qədər).

Hazırda havanın küləkli olduğunu nəzərə alaraq sabah səhər saatlarından etibarən hava şəraiti əlverişli olduğu təqdirdə FHN Aviasiya Dəstəsi tərəfindən axtarış-xilasetmə işlərinə start veriləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti