​Türkiyə "Qazprom"a təklif göndərib

4-11-2015, 16:07
Oxunub: 436
Rusiya şirkəti endirim edəcəyini vəd versə də, ötən müddət ərzində "Qazprom eksport" əməli addım atmayıb


Türkiyə Rusiyanın "Qazprom" şirkətinə "Türk axını" layihəsinin gerçəkləşdirilməsi ilə bağlı texniki müzakirələrin aparılmasını təklif edib.

Bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Əli Rza Alaboyun bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı Türkiyə tərəfi "Qazproma"a məktub göndərib: "Rusiyadan aldığımız təbii qazın qiymətinin endirilməsi ilə bağlı arbitraj məhkəməsinə müraciətimizə gəldikdə isə biz "mavi yanacağa" 10,25% endirim istəyirik".

Xatırladaq ki, Türkiyənin "BOTAŞ" şirkəti 2014-cü il dekabrın 29-da Rusiyanın "Qazprom eksport" şirkəti ilə imzaladığı müqaviləyə yenidən baxılmasını tələb edir. Məlumata görə, tərəflər Türkiyəyə ixrac edilən Rusiya qazının qiymətinin ucuzlaşacağı haqda ötən il razılaşıblar. Həmin anlaşmaya əsasən, Rusiya şirkəti endirim edəcəyini vəd versə də, ötən müddət ərzində "Qazprom eksport" əməli addım atmayıb.

Qeyd edək ki, Türkiyə Rusiya təbii qazının ikinci ən böyük alıcısdır.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti