İlham Əliyev sərhədçilərə 2,1 milyon manat ayırdı

4-11-2015, 11:47
Oxunub: 726
Prezidentinin ehtiyat fondundan Dövlət Sərhəd Xidmətinə 2,1 milyon manat ayrılıb


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Report xəbər verir ki, sərəncamla maddi-texniki bazanın möhkəmləndirilməsi üçün 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Dövlət Sərhəd Xidmətinə 2,1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti