Zakir Həsənov Qazaxıstana rəsmi səfərə gedib

4-11-2015, 00:45
Oxunub: 524
Z.Həsənovun Qazaxıstanın Müdafiə Nazirliyində görüşləri, hərbi təhsil müəssisələri və hərbi hissələrə ziyarətləri nəzərdə tutulub


Noyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasının müdafiə naziri İmanqali Tasmaqambetovun dəvəti ilə Qazaxıstana rəsmi səfərə gedib.

Bu barədə Etatist.com-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Qazaxıstanın Müdafiə Nazirliyində görüşləri, hərbi təhsil müəssisələri və hərbi hissələrə ziyarətləri nəzərdə tutulub.

Görüşlər zamanı iki ölkə arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətlərinin nəzərdən keçirilməsi, müdafiə və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.

Səfər noyabrın 5-dək davam edəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti