İlham Əliyev ABŞ-la imzalanmış sazişi təsdiqləyib

2-11-2015, 19:55
Oxunub: 376
Sazişin təsdiq edilməsi barədə qanunu imzalanıb


Azərbaycan prezidenti İlham ƏliyevAzərbaycan ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsini nəzərdə tutan sazişi təsdiq edib.

“APA-Economics”in məlumatına görə, dövlət başçısı 2015-ci il sentyabrın 9-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act – FATCA) tələblərinin həyata keçirilməsi barədə” sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.

Qeyd edək ki, oktyabrın 20-də keçirilən Milli Məclisin IV çağırışda son plenar iclasında İclasda millət vəkilləri “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act - FATCA) tələblərinin həyata keçirilməsi barədə” qanun qəbul edilib. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti