İlham Əliyev mətbuat haqda qanunu dəyişdi

2-11-2015, 16:52
Oxunub: 307
“Kütləvi informasiya vasitələri haqqında” qanununun dəyişiklik edilməsi barədə qanun qəbul edilib


Azərbaycan prezidenti İlham Əliyev “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanununun təsdiqlənməsi haqqında sərəncam imzalayıb.

Milli Məclisin oktyabrın 20-də keçirilmiş plenar iclasında “Kütləvi informasiya vasitələri haqqında” qanununun dəyişiklik edilməsi barədə qanun qəbul edilib.

Qanunun 44-cü maddəsinə əlavə edilən üçüncü hissədə bildirilir ki, “Kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti