NATO Bakıda təlimə başladı - Foto

2-11-2015, 16:25
Oxunub: 588
“NATO-nun əməliyyat planlaşdırma prosesi” mövzusunda təlim kursu başlayıb


Bu gün Müdafiə Nazirliyinin NATO ilə 2015-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “NATO-nun əməliyyat planlaşdırma prosesi” mövzusunda təlim kursu başlayıb.

Etatist.com Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, təlimə Müdafiə Nazirliyi, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və digər qoşun növlərindən olan zabitlər cəlb olunublar.

Kurs müddətində iştirakçılara alyansın hərbi strukturu və tərəfdaşlıq, əməliyyat-planlaşdırma prosesi, onun fazaları, strateji mühitin əməliyyat qiymətləndirilməsi, fəaliyyət tərzlərinin hazırlanması və müqayisə edilməsi, NATO-nun çevik qüvvələri və s. mövzular barədə məlumatlar veriləcək.

NATO Bakıda təlimə başladı - Foto

NATO Bakıda təlimə başladı - Foto

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti