Ən gənc məhbus seçicinin 20, ən yaşlısının isə 85 yaşı var

1-11-2015, 12:00
Oxunub: 209
"6 saylı cəzaçəkmə müəssisəsində ən gənc seçicinin 20, ən yaşlı seçicinin isə 85 yaşı var"


Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin məhbusları parlament seçkilərində aktiv iştirak edirlər.

Bunu Məntəqə Seçki Komissiyasının sədri Əli Ələkbərov deyib.

Ə.Ələkbərov qeyd edib ki, ümumilikdə 1282 seçicinin səsvermədə iştirak etməsi gözlənilir: “6 saylı cəzaçəkmə müəssisəsində ən gənc seçicinin 20, ən yaşlı seçicinin isə 85 yaşı var. Məntəqədə səsvermənin gedişini bir müşahidəçi izləyir”.

Məntəqə Seçki Komissiyasının sədri vurğulayıb ki, Ombudsman aparatının nümayəndələri, jurnalistlər seçkilərin gedişi ilə bağlı cəzaçəkmə müəssisəsində olublar.(secki-2015.az )
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti