"Air France" Sinay yarımadası üzərində uçuşları dayandırır

31-10-2015, 21:27
Oxunub: 772
Şirkət rəsmiləri bu addımı təhlükəsizlik tədbirləri ilə izah ediblər


"Air France" aviaşirkəti Sinay yarımadası üzərində uçuşları dayandırır.

Şirkət rəsmiləri bu addımı təhlükəsizlik tədbirləri ilə izah ediblər.

Qeyd edək ki, Rusiyaya məxsus “Airbus A321” təyyarəsinin qəzaya uğradığı Sinay yarımadasında 150 nəfərin cəsədi aşkarlanıb. Cəsədlər təyyarənin düşdüyü yerdən 5 kilometr radiusda tapılıb. Onların bəziləri yanaraq tanınmaz hala düşüb.

Xatırladaq ki, Misirin Mülki Aviasiya Nazirliyinin bəyanatına görə, oktyabrın 31-də səhər saatlarında KGL9268 reysi ilə havaya qalxan və Şarm-əl-Şeyx - Sankt-Peterburq istiqamətində hərəkət edən А321 təyyarəsi uçuşun 23-cü dəqiqəsində radarlardan itib.

Sinay vilayətinin administrasiyası göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvünün olduğu təyyarənin yarımadanın mərkəzi hissəsində, Əl-Kantala və Əl-Laksima rayonları arasında, Əl-Hasna şəhəri yaxınlığında yerə düşdüyünü bildirib.

Rusiyanın Misirdəki səfirliyi qəza zamanı heç kimin sağ qalmadığını təsdiqləyib.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti