Dövlət Neft Fondu daxili bazarda valyuta satışını dayandırıb

30-10-2015, 19:20
Oxunub: 199
Mərkəzi Bank bir qədər əvvəl mütəşəkkil valyuta bazarında "oyunçular"ın sayının artmasının vacib olduğunu bildirib


Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ölkənin daxili açıq bazarında mütəşəkkil valyuta satışı əməliyyatlarını dayandırıb.

Bu barədə Report-a bank dairələrindən məlumat verilib.

Mütəşəkkil valyuta bazarında əsas valyuta satıcısı qismində Azərbaycan Mərkəzi Bankı, Dövlət Neft Şirkəti və Dövlət Neft Fondu çıxış edir. Azərbaycanda "üzən məzənnə" rejiminə keçməklə əlaqədar Mərkəzi Bank bir qədər əvvəl mütəşəkkil valyuta bazarında "oyunçular"ın sayının artmasının vacib olduğunu bildirib.

Qeyd edək ki, Neft Fondunun valyuta satış qiyməti Mərkəzi Bankın təklif etdiyi qiymətdən 0,001 manata yaxın aşağıdır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti