DGK sədri Kürdəmirdə vətəndaşları qəbul edib

30-10-2015, 16:54
Oxunub: 575
Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həllini tapıb


Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində Kürdəmir, Ucar, Zərdab, Göyçay rayonlarında yaşayan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib.

Bu barədə Report-a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Komitənin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda sakinlərin müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və gömrük-keçid məntəqələrində vəziyyət barədə olub.

Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti