SOCAR Yaponiya hökuməti ilə danışıqlar aparır

30-10-2015, 13:53
Oxunub: 290
Gələn ilin birinci yarısında danışıqlar başa çatdırlıb, nəticə əldə olunacaq


Bakı şəhərinin Qaradağ rayonunda yeni Neft-qaz emalı və neft-kimya Kompleksinin tikintisi üzrə ilkin layihələndirmə işləri aparılır.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayev qeyd edib ki, bu layihənin Yaponiya şirkətləri ilə birlikdə həyata keçirilməsi üçün Yaponiya hökuməti və bankları ilə danışıqlar aparılır. Onun sözlərinə görə, gələn ilin birinci yarısında danışıqlar başa çatdırlıb, nəticə əldə olunacaq.

R.Abdullayev layihənin yaxşı təklif verən şirkətlə birgə həyata keçiriləcəyini qeyd edib.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti