AŞPA müşahidəçilərinin Azərbaycana səfəri başladı

30-10-2015, 11:39
Oxunub: 593
Seçki günü - noyabrın 1-də isə nümayəndə heyəti ölkənin müxtəlif regionlarında səsvermənin gedişatını müşahidə edəcək


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidəçilərindən ibarət nümayəndə heyəti Azərbaycana gəlib. 

Report xəbər verir ki, ispan deputat Xordi Xuklanın rəhbərlik etdiyi nümayəndə heyətinə 30 müşahidəçi daxildir.

Müşahidəçilər Bakıda siyasi partiyalar, KİV və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək və onların seçki kampaniyası ilə bağlı fikirlərini öyrənəcək. Seçki günü - noyabrın 1-də isə nümayəndə heyəti ölkənin müxtəlif regionlarında səsvermənin gedişatını müşahidə edəcək.

Səfər AŞPA-nın nümayəndə heyətinin müşahidə missiyasının ilkin qiymətləndirilməsini təqdim edəcəyi mətbuat konfransı ilə sona çatacaq. Bu tədbir isə noyabrın 2-də baş tutacaq.

Qeyd edək ki, Azərbaycanda parlament seçkilərinin müşahidəsi üzrə geniş hesabat AŞPA-nın Daimi Komitəsinin noyabrın 27-də Bolqarıstan paytaxtı Sofiyada keçiriləcək iclasında müzakirə olunacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti