Rusiya təyyarələri ABŞ hərbi gəmisini qorxuya saldı

29-10-2015, 20:09
Oxunub: 352
Cənubi Koreya donanması ilə birgə təlimlərə qatılan ABŞ gəmisi həmin vaxt Koreya yarımadasında neytral sularda olub


ABŞ-ın Hərbi-Hava Qüvvələrinin 4 qırıcısı “Ronald Reyqan” hərbi təyyarədaşıyan gəmisinə yaxınlaşan Rusiya təyyarələrini geri oturtmaq üçün təcili şəkildə havaya qaldırılıb.

Virtualaz.org saytı xəbər verir ki, bu məlumatı ABŞ Silahlı Qüvvələrinin “Stars and Stripes” qəzeti yayıb.

ABŞ-ın 7-ci donanmasının nümayəndələrinə istinad edən nəşr xəbər verir ki, söhbət rusların iki “Tu-142” təyyarəsindən gedir. Həmin təyyarələr “Ronald Reyqan” gəmisinə həddən artıq çox - 1 dəniz mili məsafəsində yaxınlaşıblar və çox alçaqdan (150 metr) uçublar.

Cənubi Koreya donanması ilə birgə təlimlərə qatılan ABŞ gəmisi həmin vaxt Koreya yarımadasında neytral sularda olub.

Rusiya təyyarələri xəbərdarlıq siqnallarına məhəl qoymadığı üçün “Ronald Reyqan”dan 4 qırıcı havaya qaldırılıb. ABŞ-ın “F/A-18 Super Hornet” qırıcıları rus təyyarələrini geri qayıtmağa məcbur edə bilib.

Xatırladaq ki, Rusiya təyyarələrinin NATO gəmiləri və təyyarələrinin yaxınlığında manevr etməsi hallarına son vaxtlar çox tez-tez rast gəlinir. “Soyuq müharibə” dövrünün təcrübəsini xatırladan bu hallar isə Pentaqonun rəsmi nümayəndələrinin ciddi narahatlıq və etirazlarına səbəb olur.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti