Bakıda Avropa Film Festivalının açılışı olub

29-10-2015, 18:42
Oxunub: 494
Noyabrın 5-də Azərbaycan istehsalı olan "Qatil" psixoloji dramı nümayiş olunacaq


Bakıda VI Avropa Film Festivalının açılışı olub.

Report xəbər verir ki, tədbir Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Aİ ölkələrinin Azərbaycanda akkreditasiyadan keçən səfirlikləri tərəfindən təşkil olunub. 

Bu il təşkil olunan festivalda rekord sayda film nümayiş olunacaq. 

Festivala Avstriya, Belçika, Xorvatiya, Çexiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Latviya, Litva, Portuqaliya, Rumıniya, İspaniya, İsveç, Böyük Britaniya və Azərbaycan filmləri daxildir.

Noyabrın 5-də Azərbaycan istehsalı olan "Qatil" psixoloji dramı nümayiş olunacaq. 

Festivalın açılışında Belçikanın "Turkuaz" filmi nümayiş etdiriləcək. 

Festival noyabr ayının 6-da başa çatacaq. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti