Daha bir müəmmalı əsgər ölümü

1-03-2013, 09:18
Oxunub: 3134


Göyçayın Kürdəmiş kəndindən olan Müdafiə Nazirliyinin Qazaxda yerləşən N saylı hərbi hissəsində xidmət edən, 1990-cı il təvəllüdlü, əsgər Allahverdiyev Seymur Mürvət oğlu müəmmlaı şəkildə dünyasını dəyişib.

Avropa.info-un kənd sakinlərindən əldə etdiyi məlumata görə, əsgərin cəsədi gecə saatlarında yaşadığı evə gətirilib. Kənd sakinlərinin verdiyi məlumata görə, əsgərin valideyinləri oğullarının döyülərək öldürüldüyünü iddia edirlər. Qəribəsi burasındadır ki, əsgərin cəsədini gətirən hərbçilər onun meyitinə baxmağa icazə vermirlər. Onlar mərhum əsgərin tezliklə dəfn edilməsini tələb edirlər. Kənd sakininin dediyinə görə əsgər valideyinləri ilə zabitlər arasında qarşıdurma yaranıb.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti